1990-dan bu günə

Autoglass bir ustanın sənətə sevgisi ilə başladı və bu gün onun oğlu ilə davam edir. 36 ildir eyni ailə, eyni ünvanda avtomobil şüşəsi ilə işləyir.

Auto Glass studiyasının geniş görünüşü: loqolu divar, petek formalı işıq tavanı və hamar döşəmə
Qurucu, 1990–2024

Xanlar Qəmbərov

Şüşə kəsmə, emal və quraşdırmanın ustası. İşi sıfırdan qurdu.

Rəhbər, 2024-dən bu günə

Əsəbəli Qəmbərov

Sənəti uşaqlıqdan atasının yanında öyrənib. Bu gün emalatxananı o idarə edir.

  1. 1990

    Autoglass-ın başlanğıcı

    Autoglass-ın hekayəsi 1990-cı ildə Xanlar Qəmbərovun sənətə olan sevgisi, zəhməti və peşəkarlığı ilə başlayıb.

    Öz dövrünün seçilən sənətkarlarından biri olan Xanlar Qəmbərov şüşə sənətinin incəliklərinə dərindən yiyələnmiş, yüksək əl qabiliyyəti və peşəkar yanaşması ilə tanınmışdı.

    Sarı-qara zolaqlı divarda Auto Glass Premium Detailing Studio since 90 loqosu
  2. İllər ərzində

    Fəaliyyət dairəsinin genişlənməsi

    Xanlar Qəmbərovun rəhbərliyi ilə Autoglass illər ərzində fəaliyyət dairəsini genişləndirərək avtomobil şüşələrinin təmiri və hazırlanması ilə yanaşı, detailing və avtomobillərə peşəkar qulluq sahəsində də xidmət göstərib.

    Beləliklə, şirkət təkcə xidmətləri ilə deyil, keyfiyyətə və müştəri məmnuniyyətinə verdiyi önəmlə də özünəməxsus etibar qazanıb.

    Studiyanın iş zonasında təmir üçün qəbul olunmuş ağ avtomobil
  3. Uşaqlıq illərindən

    Sənətin nəslə ötürülməsi

    Xanlar Qəmbərov sahib olduğu bilik və təcrübəni oğlu Əsəbəli Qəmbərova da uşaqlıq illərindən ötürüb.

    Əsəbəli atasının yanında böyüyərək, onunla birlikdə çalışaraq və illər ərzində praktiki təcrübə qazanaraq bu sənətin bütün incəliklərini mənimsəyib.

  4. 2024

    Yeni mərhələ

    2024-cü ildə Xanlar Qəmbərovun vəfatından sonra şirkətin rəhbərliyini oğlu Əsəbəli Qəmbərov davam etdirib.

    O, atasının təməlini qoyduğu Autoglass-ın fəaliyyətini, formalaşmış xidmət istiqamətlərini və peşəkarlıq prinsiplərini qoruyaraq bu irsi gələcəyə daşımağı öz üzərinə götürüb.

  5. Bu gün

    Davam edən yol

    Bu gün Autoglass avtomobil şüşələrinin təmiri, hazırlanması və quraşdırılması, peşəkar detailing, kuzovun bərpası və avtomobilin qorunması istiqamətlərində fəaliyyətini davam etdirir.

    Studiyanın iş zonası: sarı-qara zolaqlı divarlar və işıq xətləri

Necə işləyirik

Diqqətlə baxmaq

Avtomobili və zədəni tanıyırıq, görüləcək işi düzgün müəyyən edirik.

Aydın danışmaq

Mümkün həlli, gözlənilən nəticəni və işin məhdudiyyətlərini əvvəlcədən deyirik.

Razılaşıb başlamaq

İşin həcmi və qiyməti barədə eyni fikrə gəlməmiş işə başlamırıq.

Hekayənin davam etdiyi məkan

Təşəkkür məktubları və sertifikatlar
Studiyanın qəbul zonası: sarı çərçivəli giriş və divardakı sənədlər
Studiyadakı rəfdə mükafat və təltif nişanları
Studiyada petek formalı işıqların altındakı iş masası

Əsl peşəkarlıq, zəhmət və keyfiyyət üzərində qurulan dəyərlər zamanla itmir, nəsildən-nəslə ötürülür.

BİRLİKDƏ DƏQİQLƏŞDİRƏK

Şüşənin şəklini göndərin.

Marka, model və zədə haqqında yazın. Uyğun xidmətdən başlayaq.